“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

''28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü''

News Image

''28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü''

20 Aprel 2026-cı il tarixində ''28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü'' münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zəngilan Rayon Komitəsinin və rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində və Zəngilan rayonu Ağalı kənd körpələr evi - uşaq bağçasında tədbirlər təşkil olunub.

60 və 65 illik yubileylər

News Image

60 və 65 illik yubileylər

15-16 aprel tarixlərində 2026-cı il tarixində ETİHİ Zəngilan rayon Komitəsinin tabeliyində olan ilk təşkilatlardan olan Zəngilan rayon 26 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri - Novruz Sayılov və Aminə Rzayeva 60 və 65 illik yubileyləri münasibətilə təbrik edildilər.

Zəngilan rayonu üzrə ümumtəhsil məktəblərinin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışının final mərhələsi

News Image

Zəngilan rayonu üzrə ümumtəhsil məktəblərinin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışının final mərhələsi

10 Aprel 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarına əsasən, ETİHİ Zəngilan Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışının final mərhələsi keçirilmişdir.

Aprel günəşi - şəhid Müşfiq Orucov

News Image

Aprel günəşi - şəhid Müşfiq Orucov

9 Aprel 2026-cı il tarixində ETİHİ Zəngilan rayonu Komitəsinin ilk təşkilatlarından olan Zəngilan rayonu 7 nömrəli tam orta ümumtəhsil məktəbində Şanlı Aprel döyüşləri şəhidlərindən olan Müşfiq Orucovun xatirəsinə həsr olunmuş möhtəşəm tədbir keçirildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zəngilan rayon Komitəsinin təşkilatçılığı ilə 18 mart tarixində 35 nəfərdən ibarət şəhid ailələri,qazilər və ittifaq üzvləri üçün iftar süfrəsi təşkil edildi.

News Image

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zəngilan rayon Komitəsinin təşkilatçılığı ilə 18 mart tarixində 35 nəfərdən ibarət şəhid ailələri,qazilər və ittifaq üzvləri üçün iftar süfrəsi təşkil edildi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Zəngilan rayon Komitəsinin təşkilatçılığı ilə 18 mart tarixində 35 nəfərdən ibarət şəhid ailələri,qazilər və ittifaq üzvləri üçün iftar süfrəsi təşkil edilmişdir.

ETİHİ Zəngilan Rayon Komitəsinin ilk təşkilatlarından olan Zəngilan rayonu 4 nömrəli ümumi orta ümumtəhsil məktəbində İlaxır Torpaq çərşənbəsi

News Image

ETİHİ Zəngilan Rayon Komitəsinin ilk təşkilatlarından olan Zəngilan rayonu 4 nömrəli ümumi orta ümumtəhsil məktəbində İlaxır Torpaq çərşənbəsi

17 mart 2026 -cı il tarixində ETİHİ Zəngilan Rayon Komitəsinin ilk təşkilatlarından olan Zəngilan rayonu 4 nömrəli ümumi orta ümumtəhsil məktəbində İlaxır Torpaq çərşənbəsi təntənəli şəkildə qeyd edildi. Bayram tədbirində xalqımızın milli adət ənənələrini əks etdirən səhnəciklər, şeir və musiqi nömrələri xüsusi zövqlə hazırlanmışdı. Tədbirin sonunda ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə məktəblilərə hədiyyələr paylanıldı.

ETİHİ Zəngilan rayon Komitəsinin ilk təşkilatı - Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbində ''Yurdumuza Bahar gəlir'' adlı möhtəşəm bayram tədbiri.

News Image

ETİHİ Zəngilan rayon Komitəsinin ilk təşkilatı - Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbində ''Yurdumuza Bahar gəlir'' adlı möhtəşəm bayram tədbiri.

13 Mart 2026-cı il tarixində ETİHİ Zəngilan rayon Komitəsinin və Zəngilan rayon 21 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşəbbüsü ilə xalqımızın qədim adət və ənənələrini özündə əks etdirən milli bayramımız - Novruz bayramı təntənəli şəkildə qeyd edildi. Möhtəşəm şəkildə təşkil olunan tədbirdə şagirdlərin müxtəlif səhnələri, şeir və musiqi ifaları göz oxşayırdı. Tədbirin sonunda ETİHİ Zəngilan rayon Komitəsi tərəfindən məktəblilərə hədiyyələr paylanıldı.

60 illik yubiley

News Image

60 illik yubiley

16 Mart 2026-cı il tarixində ETİHİ Zəngilan rayon Komitəsinin tabeliyində olan ilk təşkilatlardan - Zəngilan rayon 26 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri - Reyhan Əmiraslanova və Sona Abbasova 60 illik yubileyləri münasibətilə işlədikləri müəssisədə təbrik edildilər.

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə işğaldan azad olunmuş ərazilərdə tədbir keçirildi.

News Image

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə işğaldan azad olunmuş ərazilərdə tədbir keçirildi.

6 Mart 2026-cı il tarixində ETİHİ Zəngilan rayon Komitəsinin və rayon Təhsil sektorunun təşkilatçılığı ilə birlikdə Zəngilan rayon Ağalı kənd körpələr evi - uşaq bağçası və Zəngilan rayon Ağalı kənd tam orta ümumtəhsil məktəbində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə bayram tədbiri təşkil olundu.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700 nəfərdən çox ittifaq üzvü üçün ekskursiya və turlar təşkil olunub.

News Image

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700 nəfərdən çox ittifaq üzvü üçün ekskursiya və turlar təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən yanvar ayı ərzində 700 nəfərdən çox ittifaq üzvü üçün ekskursiyaturlar təşkil olunub.

Belə ki, 533 nəfər təhsil işçisi rayon və şəhər komitələrinin təşkilatçılığı ilə #Quba, #Qusar, #Qəbələ, #Şamaxı#Astara rayonlarına təşkil edilmiş bir neçə günlük turlardan yararlanaraq istirahət ediblər.

168 nəfər təhsil işçisi isə "İçərişəhər" Tarix-Memarlıq Qoruğuna və açıq səma altında yerləşən Qala Etnoqrafiya Muzeyinə ekskursiya ediblər.

Qeyd edək ki, bu cür maarifləndirici və istirahət xarakterli gəzintilər gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəkdir.